Bakıda piyadanı vuran sürücü həbs edilib

17:27 26 Yanvar 2015
57 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 17:25 ]


Bakı. Hafiz Heydərov – APA. Bakıda piyadanı vuran sürücü həbs edilib.

 

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan APA-ya verilən birgə məlumata görə, paytaxtın Sabunçu rayonunun hüquq-mühafizə orqanları tərəfindən isti izlərlə həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücünün müəyyən edilərək məsuliyyətə cəlb olunub.

 

Belə ki, yanvarın 26-da saat 07.00 radələrində rayonun Bakıxanov qəsəbəsində naməlum avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını pozaraq yolu keçmək istəyən piyada, 1950-ci il təvəllüdlü Mahmudova Pəri Əyyub qızını vurub hadisə yerindən qaçması, sonuncunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktına əsasən rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

 

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin «Daewoo» markalı «10-TE-437» dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü, 1955-ci il təvəllüdlü Tağızadə Rafael Tağı oğlu tərəfindən törədilməsi ilə əlaqədar kifayət qədər əsaslar olduğundan o, tutularaq istintaqa cəlb edilib.

 

Hazırda iş üzrə istintaq davam etdirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR