İsrailin Akko şəhərində “Azərbaycan evi” tikilir

İsrailin Akko şəhərində “Azərbaycan evi” tikilir
17:38 26 Yanvar 2015
122 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, Əsəd Məmmədov, AzərTAc
İsrailin Akko şəhərində “Azərbaycan evi” tikilir.
AzərTAc xəbər verir ki, bu barədə Akko şəhərinin meri Şimon Lankri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovla görüşündə məlumat verib. O deyib ki, artıq binanın birinci mərtəbəsi tikilib. İyun ayında işlərin birinci mərhələsinin başa çatacağı gözlənilir.
Mer Akko şəhərində Azərbaycanla bağlı bir sıra tədbirlərin keçirildiyini də diqqətə çatdırıb. Belə tədbirlərdən birinin “Xocalıya ədalət” kampaniyası çərçivəsində “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası və Heydər Əliyev Fondu tərəfindən keçirilən tədbir olduğunu söyləyib. O, əlavə edib ki, bu cür tədbirlər xalqlarımız arasındakı dostluq əlaqələrinin möhkəmlənməsinin bariz nümunəsidir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Israilin_Akko_seherinde_Azerbaycan_evi_tikilir-827571

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR