Bernardo gecə klubunda dava saldı

Bernardo gecə klubunda dava saldı
17:46 26 Yanvar 2015
83 Şou
Ölkə mətbuatı
A- A+

Bakıdakı gecə klublarından birində dava-dalaş olub.

Axşam.az-ın lent.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarından əldə edilən məlumata görə, İran İslam Respublikasının vətəndaşı, 1988-ci il təvəllüdlü Feyzi Seyid Badulla oğlu Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə zorakılığa məruz qalması ilə bağlı müraciət edib. Şikayətçi bildirib ki, Əziz Əliyev küçəsində gecə klubunda olarkən 2 nəfər tərəfindən döyülüb.
 
Araşdırmalar nəticəsində məlum olub ki, İran vətəndaşını 1989-cu ildə anadan olmuş Bernardo Xose Pablo oğlu və Rusiya vətəndaşı Əliyev Emil Bəylər oğlu döyüb. Hər iki şəxs bölməyə dəvət edilib.
 
Qeyd edək ki, davada adı hallanan Xose Bernardo Azərbaycan vətəndaşıdır. Pirallahı qəsəbəsi, Xanlar küçəsi 64 ünvanında qeydiyyatda olmaqla yaşayan X.Bernardo ANS telekanalında aparıcılıq etməsi ilə tanınıb. O, bir müddət əvvəl Azərbaycan ordusunda xidmət keçib və təxris olunduqdan sonra ANS telekanalında fəaliyyətini davam etdirib. X.Bernardo həm də gecə klubunda işləyir.






Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25580

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR