Maskalılar Masallıda dəhşət saçdılar (VİDEO)

Maskalılar Masallıda dəhşət saçdılar (VİDEO)
17:46 26 Yanvar 2015
276 Sosial
Ölkə mətbuatı
A- A+

Masallıda evə basqın edən maskalılar ev sahiblərinə xəsarət yetirərək qiymətli əşyalar aparıblar.

ANS TV-nin məlumatına görə, quldurluq hadisəsi gecə saat 4 radələrində Masallı rayonun Ərkivan qəsəbəsində baş verib. Maskalı şəxslər qəsəbə sakini, 44 yaşlı İlqar Məmmədovun yataq otağına daxil olub ona və həyat yoldaşı, 36 yaşlı Qərənfil Məmmədovaya küt alətlə müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək pul və qızıl əşyaları tələb ediblər. Amma qızıl və pulların yerini öyrənənə qədər ərlə arvada olmazın işgəncələr veriblər. Evdə azyaşlı uşaqlar da olub. Bütün bunlar oların gözü qarşısında baş verib. Azyaşlıların keçirdiyi stresi isə təsəvvür etmək belə mümkün deyil. Hələlik quldurların kimliyi bəlli deyil və axtarışlar davam etdirilir.

Zərərçəkmiş Qərənfil Məmmədova onlara tapança və küt alətlə zərbə vurduqlarını deyir. Qadın quldurların üç nəfər olduğunu xatırlayır.

Kişini yarımcan edib qollarını bağlayandan sonra maskalı şəxslər qadına hucum ediblər. Əli və ağzı bağlanılan qadın özünə və ərinə edilən işgəncələrə dözməyərək pulların və qızılların yerini göstərib. Bundan sonra quldurlar uşaqlar yatan otağa keçib .

Ev sahibinin 14 yaşlı oğlu Azər Məmmədov maskalıların onları valideyinlərini öldürməklə hədələyərək evə saldıqlarını və əl-qollarını bağladığını deyir.

Maskalı şəxslər ev sahibəsinin qızıl boyunbağısını, üzüyünü, 2 mobil telefonunu və daha bir neçə qiymətli əşyanı qarət edərək aradan çıxdıqdan sonra uşaqlar qonşuları məlumatlandırıb. Dərhal təcili yardım stansiyasına və polisə məlumat verilib. Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilmiş xəstələrin vəziyyəti hazırda ağır qiymətləndirilir.

Həkim İlqar Ramizoğlu deyir ki, xəstələr qapalı kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya daxil olub. Hal-hazırda lazım olan müalicə tədbirləri davam etdirilir. Xəstələrin vəziyyəti ağır stabil olaraq qalır.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində quldurluq maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədənlərin yaxalanması istiqamətində zəruri istintaq-axtarış tədbirləri görülürür.

Mənbə
ANS TV, Esmira İsmayılova


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR