Atəşkəsin pozulduğu Qaravəlli kəndindən REPORTAJ - VİDEO

Atəşkəsin pozulduğu Qaravəlli kəndindən REPORTAJ - VİDEO
17:47 26 Yanvar 2015
253 Sosial
Ölkə mətbuatı
A- A+

Gədəbəyin ucqar dağ kəndlərindən olan Qaravəlilər rayon mərkəzindən 57 km məsafədə yerləşir. Kəndə gələn asfalt örtüklü bu yol gediş-gəlişi rahatlaşdırır. Bir sözlə, kəndlə rayon mərkəzi arasındakı məsafəni qət etməkdə heç bir problem yoxdur.

Türkel TV (Region TV) xəbər verir ki, düşmənin son vaxtlar cəbhə boyu ərazilərdə, o cümlədən Qaravəlilər istiqamətində fəallaşması da sakinləri narahat etmir. Əsasən, heyvandarlıq və kartofçuluqla məşğul olan kəndlilər deyir ki, düşmən hər dəfə atəşkəsi pozduğu zaman ordumuz tərəfindən layiqincə cavablarını alıb, susdurulur.

Hər bir kəsin həyətində az-çox mal-qara var. Hazırda tövlə şəraitində heyvanlarını bəsləyən sakinlər yazda yenidən əkin səpinlərinə başlayacaqlar. Kənddə yeni tikinti quruculuq işləri də aparılır. Müşahidlər zamanı məlum oldu ki, kəndin cavanları arasında vətənpərvərlik ruhu da çox yüksəkdir. Bir sözlə, onlar Azərbaycan ordusuna arxayındılar.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

фото

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR