"Qəbələ" daha bir futbolçusu ilə yollarını ayırdı

"Qəbələ" daha bir futbolçusu ilə yollarını ayırdı
17:52 26 Yanvar 2015
150 İdman
Ölkə mətbuatı
A- A+

“Qəbələ” İdman Klubu yarımmüdafiəçi Markuinyosla yollarını ayırıb. Fanat.az xəbər verir ki, 2014/15 mövsümünün startından “qırmızı-qara” formanı geyinən futbolçunun komandanın heyətindəki yarımillik karyerası başa çatıb. 

2014-cü ilin yayında transfer olunan 23 yaşlı braziliyalı legioner mövsümün ilk yarısında "Qəbələ"nin heyətində 13 oyun keçirib. Ötən ilin avqustun 23-də keçirilən Topaz Premyer Liqasının III turunun “Bakı” ilə oyununda (2:0) “Qəbələ” formasında debüt edən Markuinyos 12 çempionat oyununda 700 dəqiqə meydanda olub, 1 qol və 1 sarı vərəqə ilə diqqət çəkib. O, XII turun noyabrın 20-də keçirilən AZAL-la oyununda (3:3) yeganə qolunu vurub. Braziliyalı futbolçu 90 dəqiqə meydanda olduğu 1 kubok oyununun iştirakçısı olub. Dekabrın 18-də “Sumqayıt”la səfərdə keçirilən qarşılaşma (1:1) isə Markuinyosun “Qəbələ”də son matçı olub.

“Qəbələ” İdman Klubu Markuinyosa “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara görə təşəkkür edib, gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.

Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR