Bakıdakı Qafqazın ən böyük məscidinin möhtəşəm gecə görüntüsü (VİDEO)

Bakıdakı Qafqazın ən böyük məscidinin möhtəşəm gecə görüntüsü (VİDEO)
22:26 26 Dekabr 2014
298 Sosial
Ölkə mətbuatı
A- A+

Biz adətən böyük və işıqlı məscildəri digər müsəlman ölkələrində görürdük. Bu gün açlışı olan Heydər məscidi ilk dəfədir işıqlandırılır.

Qafqazın ən böyük Heydər məscidinin gecə görüntüsü o qədər möhtəşəmdir ki, bunu sadəcə olaraq ora gedib görmək lazımdır. Məscidin üzərində olan ornamentlər gecə işıqlanması zamanı daha qabarıq və möhtəşəm görünür. Məscidin işıqlandırılması son dərəcə gözəldir.

Bu da məscidin bir daha möhtəşəmliyini sübuta yetirir. Məscidin 4 minarəsi üzərində olan işıqlanma isə paytaxtın bütün istiqamətlərindən aydın müşahidə olunur. Bu da maraqlı məqamlardan biridir. Artıq Heydər məscidinin ətrafında yaşayan insanlar bu məscidi görmək üçün gecə gəzintisinə çıxıblar.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=40&nid=316545

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR