Azərbaycanda bank əməkdaşlarının 350 min manatlıq əmlakı ələ keçirmə faktı üzrə cinayət işi başlanıb

17:57 26 Yanvar 2015
81 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 17:55 ]


 

Bakı. Fuad Cəfərov -APA. Lombard işçisinin qanunsuz əməlləri barədə Milli Təhlükəsizlik Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. 

 

Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan məlumatda bildirilib. Məlumata görə, araşdırmalar zamanı “Atrabank” ASC-nin “Bakı” filialının vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bankdan kredit və nağd şəkildə pulların çıxarılması məqsədilə Səbail rayonunda fəaliyyət göstərən lombardın işçisi Yasəmən Abdullayevanın vasitəsilə saxta qızıl məmulatlarını 2011-ci ildən başlayaraq müxtəlif vaxtlarda banka girov qoymaqla 350 min manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.

 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370420

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR