Qərbi Azərbaycanda zəlzələ oldu

Qərbi Azərbaycanda zəlzələ oldu
17:57 26 Yanvar 2015
52 Digər
Ölkə mətbuatı
A- A+

İranın Qərbi Azərbaycan əyalətinin Nəqədə şəhərinin Məhəmmədyar bölgəsində Rixter cədvəli üzrə 4,1 bal gücündə zəlzələ baş verib.

Trend-in "Tasnimnews" saytına istinadən verdiyi məlumata görə, zəlzələ yerli vaxtla saat 15:42-də baş verib.

Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Qeyd edək ki, ötən axşam İranın Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş vermişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/321063.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR