Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ABŞ-a bir sıra mühüm görüşlər keçirəcək

17:58 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
Azərbaycan dövlətinin həyata keçirdiyi mədəniyyətlər və sivilizasiyalararası dialoq siyasətini və təcrübəsini beynəlxalq aləmdə təbliğ etmək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı və Dünya Turizm Təşkilatının birgə təşkilatçılığı ilə yanvarın 27-də BMT-nin baş qərargahında, 28-də isə ABŞ-da fəaliyyət göstərən Etnik Anlaşma Fondu ilə Nyu-York şəhərində “Bakı prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimləri təşkil ediləcəkdir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu tədbirlərdə yaxından iştirak etmək ABŞ-a yola düşmüşdür.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, yanvarın 31-dək davam edəcək səfər çərçivəsində Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq işçi qrupunun iclası da keçiriləcəkdir.
Bununla yanaşı, səfər çərçivəsində Ə. Qarayevin BMT-nin baş katibi Pan Gi Mun və onun Sivilizasiyalar alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Əl-Nasser, eləcə də Etnik Anlaşma Fondunun rəhbəri Ravvin Mark Şnayr, Bruklin şəhərinin meri Erik Adams və digər yüksək səviyyəli şəxslərlə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, cari il may 18-19-da Bakıda Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkdir. Azərbaycan dövlətinin beynəlxalq layihəsi olan Forum UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESKO kimi beynəlxalq təşkilatların tərəfdaşlığı ilə təşkil olunur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR