Cəlilabadda kartof əkini sürətlə davam edir

Cəlilabadda kartof əkini sürətlə davam edir
17:58 26 Yanvar 2015
412 Ölkə
Ölkə mətbuatı
A- A+


Cəlilabad, 26 yanvar, Bağır Əliyev, AzərTAc
Yanvar ayının əvvəllərindən başlayaraq Cəlilabadda kartof əkininə başlanılıb. Havaların mülayim keçməsi əkin prosesi üçün münbit şərait yaradıb.
AzərTAc xəbər verir ki, bu il rayonda 4 min 200 hektar ərazidə kartof əkini keçiriləcək. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 100 hektar çoxdur.
Rayonda kartofçuluqla məşğul olan fermerlərin və məhsul istehsalçılarının sözlərinə görə, əkindən sonra şaxtaların düşməsi bitkinin qış aylarında inkişafını ləngitməklə yaz aylarında güclü inkişafına təkan verəcək. Bu isə yüksək məhsuldarlıq deməkdir.
Təbii şərait məhsul istehsalçılarını sevindirsə də, kartofun əsas satış bazarı olan Rusiyada rublun məzənnəsinin aşağı düşməsi kartofçuluqla məşğul olan fermerləri daha çox düşündürür. Artıq bəzi fermerlər risklərlə qarşılaşmamaq üçün əkin profilini dəyişməyə başlayıblar.
Mütəxəssislər hesab edirlər ki, bölgələrdə soyuducu anbarlarının sayının çoxaldılması gələcəkdə kartofun satışı zamanı meydana çıxan çətinlikləri qismən də olsa aradan qaldıra bilər. Bu isə fermerlərə məhsullarını qış aylarında yerli bazarlara çıxarmaq imkanı verir.
Ötən il Cəlilabad rayonunda 67 min 700 ton kartof məhsulu istehsal olunub. “Kənd təsərrüfatı ili”ndə bu rəqəmin 70 tona çatdırılması nəzərdə tutulub.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Celilabadda_kartof_ekini_suretle_davam_edir-827582

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR