Elza Seyidcahan kinoya getdi (FOTO)

Elza Seyidcahan kinoya getdi (FOTO)
18:01 26 Yanvar 2015
152 Şou
Ölkə mətbuatı
A- A+

Ekstravaqant müğənni Elza Seyidcahan ailəsi ilə birlikdə kinoya gedib.

ANS PRESS-in məlumatına görə, bəstəkar-müğənni “ADDIM” Gənclər Təşkilatının kinoteatrlarda film izləmə ənənəsi və mədəniyyətinin təbliği məqsədi ilə “Kinoya ADDIM-la” adlı layihəsi çərçivəsinin ulduz qonağı olub.

Daha sonra layihədə ənənə üzrə ulduz qonaq qismində çıxış edən əməkdar artist Elza Seyidcahan gənclərlə fikirlərini bölüşüb. "Yolki loxmatıye" filmin nümayişindən sonra gənclər qonaqla fotolar çəkdirib onları maraqlandıran mövzularda diskusiyalar aparıblar.

Sahibinin evini oğrulardan qorumağa çalışan Pirat və Yoka adlı itlərinn maraqlı sərgüzəştlərindən bəhs edən filmi izləyən müğənni Elza Seyidcahan açıqlamasında fikirlərini bölüşüb " Bilirsiz ki, heyvanları çox sevirəm, hətta onlar üçün konsert də vermişəm. Bu gün ailə üzvlərimlə heyvanların əsas rolda oynadığı filmi izləmək inanılmaz zövq verdi. Məni belə filmlərə tez tez dəvət edin".

Qeyd edək ki "Kinoya ADDIMla"layihəsi çərçivəsində gənclər xüsusi dəvətlərlə ən son filmləri izləmək imkanı qazanırlar. "Addım GənclərTəşkilatı"nın sədri Hüseyn Cavadzadə yeni ildən layihənin dövlət dəstəyi ilə daha da genişlənəcəyindən xəbər verib. Beləki ADDIMçılar teatr və muzeylərdə də pulsuz giriş hüququ qazanacaqlar.





Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=321922

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR