Kirakosyan: “Biz gücsüzük”

Kirakosyan: “Biz gücsüzük”
18:01 26 Yanvar 2015
114 Ölkə
Ölkə mətbuatı
A- A+

“Azərbaycanın aqressiv siyasətinə təsir etmək üçün alətlər getdikcə azalır”.

ANS PRESS-in məlumatına görə, bu barədə erməni hərbi ekspert Riçard Kirakosyan sərhəddə son günlərdə Ermənistan ordusunun verdiyi itkiləri şərh edərkən bildirib.

Kirakosyan bildirib ki, Azərbaycan uzun illərdir ki, hərbi sahəyə iri sərmayələr yatırıb. Onun sözlərinə görə, bu məsələdə rəsmi Bakıya əsas yardımı Kreml edib: “Rusiya Azərbaycanın əsas silah təchizatçısıdır”.

Onun fikrincə, Rusiyanın Qarabağ münaqişəsinin siyasi həllində tutduğu ənənəvi ermənipərəst mövqedən imtina etməsi də mümkündür: “Ukraynada hadisələrin inkişafı nəzərə alınarsa, Rusiyanın Qarabağ məsələsinə ənənəvi münasibəti dəyişə bilər”.

Yəni Qərb tərəfindən küncə sıxışdıralan Rusiya Qarabağ məsələsində ədalətli mövqe nümayiş etdirməklə, Azərbaycanla münasibəti yaxşılaşdarmağa çalışa bilər. Riçard Kirakosyanın sözlərinə görə, Gümri şəhərində rüs əsgər Valeri Permyakov tərəfindən erməni ailəsinin 7 üzvünün qətlə yetirilməsi də Rusiya - Ermənistan münasibətlərini gərginləşdirəcək.

Bü ilin əvvəlindən Ermənistan ordusu qoşunların təmas xəttində 17 itki verib, 20 erməni əskəri yaralanıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=321987

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR