Penitensiar Xidmətin Konvoy taborunda müşavirə keçirilib

18:07 26 Yanvar 2015
223 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 18:01 ]


Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy taborunun 2014-cü il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, ədliyyə general-mayoru Nizaməddin Cəlilovun sədrliyi ilə keçən müşavirədə Konvoy taborunun və Penitensiar Xidmətin Baş İdarəsinin məsul əməkdaşları iştirak ediblər.

Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayevin hesabat dövrü ilə bağlı məruzəsi və taborun məsul əməkdaşlarının çıxışları dinlənilib.

Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Nizaməddin Cəlilov müşavirəyə yekun vuraraq nöqsan və çatışmazlıqlar nəzərə alınmaqla 2014-cü il ərzində Konvoy taborunun fəaliyyətinin qənaətbəxş olduğunu qeyd edib, vəzifələrin lazımi səviyyədə həyata keçirilməsi, xidməti intizamın möhkəmləndirilməsi, nizamnamə tələblərinə ciddi əməl olunmasına dair tapşırıq və tövsiyələrini verib.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370421

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR