Martın 13-də Moskvada MDB-nin iştirakçısı olan ölkələrin Beynəlxalq İqtisadi Forumu keçiriləcək

Martın 13-də Moskvada MDB-nin iştirakçısı olan ölkələrin Beynəlxalq İqtisadi Forumu keçiriləcək
18:08 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
Martın 13-də Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin “İnteqrasiya – yeni imkanlar və böhrandan çıxış yolları” mövzusunda Beynəlxalq İqtisadi Forumu keçiriləcək.
Forumda MDB İqtisadi Şurasının üzvlərinin, iştirakçı ölkələrin iqtisadi inkişaf, sənaye və ticarət nazirliklərinin rəhbər işçilərinin, hakimiyyət orqanlarının, ticarət-sənaye palatalarının, sahə birliklərinin və bank cəmiyyətlərinin nümayəndələrinin iştirakı gözlənilir.
Forumun əsas məqsədi – iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinin perspektivlərini və mexanizmlərini müzakirə etməkdir. Burada Azad Ticarət Zonası, nəqliyyat dəhlizlərinin inkişafı, enerji səmərəliyinin və enerjiyə qənaətin artırılması, Birlik məkanında qarşılıqlı maliyyə-bank fəaliyyəti haqqında Müqavilənin həyata keçirilməsi məsələləri nəzərdən keçiriləcək, innovasiya layihələri təqdim olunacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR