Messi gözünü növbəti rekorda “dikdi”

Messi gözünü növbəti rekorda “dikdi”
22:29 26 Dekabr 2014
171 İdman
Ölkə mətbuatı
A- A+

“Barselona”nın hücumçusu Lionel Messi Avropanın öndə gedən çempionatlarında ən məhsuldar futbolçu olmağı hədəfləyir.

 

Apasport.az saytının məlumatına görə, cari mövsümdə Çempionlar Liqasında Raul Qonzalesin (71 qol) və La Liqada Telmo Zarranın (251) rekordunu qıran argentinalı forvard gözünü növbəti rekorda “dikib”.

 

İspaniya çempionatında 257 top vuran Messi növbəti qolları ilə Avropanın ən məhsuldar oyunçusu ünvanına sahib olacaq.

 

27 yaşlı oyunçunun ilk hədəfi İngiltərə Premyer Liqasında rəqib qapılarından 260 top keçirən Alan Şirerin rekordunu qırmaqdı. Daha sonra Leo İtaliya A seriyasının bombardiri (274 qol) Silvio Piola və Fransa liqa 1-inin ən məhsuldar futbolçusu Delio Onnisə çatmağa çalışacaq.

 

Qeyd edək ki, “Barselona” 2015-ci ildə La Liqada ilk matçını yanvarın 4-də səfərdə “Real Sosyedad”a qarşı keçirəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR