Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb

18:12 26 Yanvar 2015
67 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 18:07 ]


Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 17 saylı Cəzaçəkmə Müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.

 

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, orada cəza çəkən, Cinayət Məcəlləsinin 228.1 maddəsinə əsasən 3 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nicat Əmir oğlu Quliyevin yanına qısamüddətli görüşə gəlmiş bacısı oğlu Samir Cəmil oğıu Əhmədovun gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Bu zaman əynindəki qış gödəkcəsinin sağ cibində gizlədilmiş, daxilində danışıq kartları olan iki ədəd mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370422

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR