Azərbaycanın üç rayonunda fermerlərə subsidiyaların verilməsi sahəsində bir sıra ciddi hüquqpozmalar aşkarlanıb

18:27 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 18:24 ]

Toplanmış materiallar Baş Prokurorluğa göndərilib

Bakı - APA-Economics. Azərbaycanın üç rayonunda fermerlərə subsidiyaların verilməsi sahəsində bir sıra ciddi hüquqpozmalar müəyyən edilib.

 

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Nazirlər Kabinetinin 2007-ci il 16 noyabr tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Buğda və çəltik istehsalçılarının maddi marağının artırılması və buğda və çəltik istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi Qaydaları”na uyğun olaraq 2014-cü ilin məhsulu üçün 2013-cü ilin payızında 503,8 min hektar sahədə aparılan buğda və çəltik səpininə görə 150 min istehsalçıya 20,1 mln. manat yardım verilib.

 

Bundan əlavə, Respublika Komissiyasının 2014-cü il 08 aprel tarixli qərarına uyğun olaraq onun tərkibinə daxil olan aidiyyəti dövlət orqanlarının mütəxəssislərindən təşkil olunmuş monitorinq qrupu tərəfindən Beyləqan, İmişli və Şabran rayonları üzrə istehsalçılara buğda səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımlardan istifadənin müvafiq qaydalara uyğunluğu vəziyyəti ilə bağlı yerlərdə monitorinqi keçirilib. Monitorinq aparılmış rayonlarda buğda əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına verilmiş yardımların istifadəsi sahəsində bir sıra ciddi hüquqpozmalar müəyyən edilib.

 

Bunları nəzərə alaraq Beyləqan, İmişli və Şabran rayonları üzrə aparılmış monitorinqlərin ilkin nəticələrinə dair toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370427

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR