Putin Ukrayna ordusunu “NATO legionu” adlandırıb

Putin Ukrayna ordusunu “NATO legionu” adlandırıb
18:27 26 Yanvar 2015
111 Dünya
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 18:23 ]

Bakı – APA. Rusiya prezidenti Vladimir Putin Ukrayna ordusunu “NATO legionu” adlandırıb.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Sankt-Peterburqda “Qornıy” mineral-xammal universitetində çıxış edən V. Putin bəyan edib ki, Ukraynanın şərqində güc strukturlarının əməkdaşları ilə yanaşı könüllü millətçi batalyonlar döyüşür.

 

“Əslində bu artıq ordu deyil, xarici legiondur. Konkret olaraq NATO legionudur. Onu məqsədi Ukraynanın milli maraqlarını müdafiə etmək deyil”, - deyə o vurğulayıb.

 

V. Putin qeyd edib ki, faktiki olaraq hazırda Ukraynada vətəndaş müharibəsi gedir: “Fikrimcə, artıq Ukraynada da bunu çoxları dərk edirlər”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR