TQDK imtahanlarda nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün treninqlərə başlayıb

18:28 26 Yanvar 2015
216 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-ci ildə keçirəcəyi imtahanlarda nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün treninqlərə başlayıb.
TQDK-dan AzərTAc-a bildiriblər ki, ilk treninq yanvarın 26-da Bakı şəhəri 276 nömrəli məktəbdə keçirilib və burada Binəqədi rayon orta ümumtəhsil müəssisələrindən 200-dən artıq nəzarətçi-müəllim iştirak edib.
İmtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün treninq 25-30 nəfərlik qruplarla aparılıb. Bu zaman real imtahanda tətbiq edilən sənəd və vəsaitlərdən istifadə olunub, Komissiya tərəfindən hazırlanmış imtahan texnologiyasına aid film göstərilib.
Treninqlər martın 5-dək aparılacaq. Respublikanın 80 şəhər və rayonundan 15 minədək müəllim bu prosesdə iştirak edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/TQDK_imtahanlarda_nezaretchi_kimi_istirak_edecek_muellimler_uchun_treninqlere_baslayib-827597

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR