"Eurovision-2015"də Azərbaycan ikinci yarımfinalda çıxış edəcək

"Eurovision-2015"də Azərbaycan ikinci yarımfinalda çıxış edəcək
18:34 26 Yanvar 2015
145 Şou
Ölkə mətbuatı
A- A+

Eurovision-2015 yarışmasının keçiriləcəyi Avstriyanın Vyana şəhərində iştirakçıların yarımfinallarda çıxış ardıcıllığını müəyyən etmək üçün püşkatma mərasimi keçirilib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, püşkatmanın nəticələrinə əsasən, Azərbaycan ikinci yarımfinalda çıxış edəcək.

Mayın 19-da keçiriləcək birinci yarımfinalda 16 (Yunanıstan, Makedoniya, Estoniya, Niderland, Moldova, Finlandiya, Belçika, Ermənistan, Serbiya, Danimarka, Belarus, Rumıniya, Rusiya, Albaniya, Gürcüstan və Macarıstan), mayın 21-də keçiriləcək ikinci yarımfinalda isə 17 iştirakçı (Norveç, İrlandiya, Çexiya, Litva, San Marino, Malta, Portuqaliya, Monteneqro, İsveçrə, Azərbaycan, Sloveniya, Latviya, Polşa, İslandiya, İsrail, Kipr və İsveç) çıxış edəcək planlaşdırılır. Yarışmanın final mərhələsi isə mayın 23-də baş tutacaq.

Builki yarışmaya ümumilikdə 39 ölkə qatılacaq.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191529

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR