Şimalda zəlzələ insanları təşvişə saldı, dağıntı yoxdu

Şimalda zəlzələ insanları təşvişə saldı, dağıntı yoxdu
18:37 26 Yanvar 2015
110 Digər
Ölkə mətbuatı
A- A+

Xaçmaz, Quba, Qusar, rayonlarının sakinlərini səhərə yaxın yuxudan yeraltı təkanlar oyadıb. Regional TV (Region TV) xəbər verir ki, yer titrəyişindən təşvişə düşən sakinlərin bəziləri evlərini tərk edərək həyətlərə çıxıblar. Zəlzələ zamanı heç bir dağıntı qeydə alınmayıb. 

Təbiət hadisəsi barədə Respublika Seysmoloji Xidmət Mərkəzi də məlumat yayıb. Məlumatda qeyd olunub ki, yerli vaxtla saat 07:30-də Qubadan 27 km cənub-şərqdə Quba ərazisində zəlzələ qeydə alınıb.
Maqnitudası 5, dərinliyi 9 km olan zəlzələ episentirdə 5 bal, yaxın yaşayış mantəqələrində 4-3 bala qədər hiss olunub. Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli zəlzələnin əvvəldən proqnozlaşdırıldığını deyir. Çünki bir gün qabaq həmin ərazidə forşoklar müşahidə olunurdu.

Qurban Yetirmişli artıq zəlzələ ocağının sönmək üzrə olduğunu deyir. Bu gün şimal regionunda ikinci zəlzələ də baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 09:36-da Qubadan 31 km cənub-şərqdə, Şabran rayonu ərazisində qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.5, dərinliyi 7 km olub. Zəlzələ hiss olunmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/321075.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR