"Qarabağ" "Legia" matçına hazırdı

"Qarabağ" "Legia" matçına hazırdı
18:41 26 Yanvar 2015
63 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir.

ANS PRESS-in məlumatına görə, hazırlığın növbəti günündə komandanın proramında bir məşq olub.

"Qarabağ" ənənəvi olaraq səhər məşqinə yerli vaxtla saat 11:00-da yollanıb. Hazırlıq 90 dəqiqə davam edib. İsinmə hərəkətlərinin ardından iki qrupa bölünərək Qurban Qurbanovun tapşırıqlarını futbol oynayaraq həyata keçiriblər.

Qeyd edək ki, "Qarabağ" sabah növbəti yoxlama oyununa çıxacaq. Rəqib Polşa təmsilçisi "Legiya" olacaq. Oyun Bakı vaxtı ilə saat 16.00-da start götürəcək.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=321978

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR