Ziyafət Əsgərov İsrailin Akko şəhərinin meri ilə görüşüb

18:42 26 Yanvar 2015
94 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 18:40 ]


Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan İsrailin Akko şəhərinin meri Şimon Lankrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

 

Parlamentdən APA-ya verilən məlumata görə, Z.Əsgərov görüşdə Azərbaycan-İsrail münasibətlərinin inkişaf tarixindən söz açıb.

 

O qeyd edib ki, Azərbaycan-İsrail münasibətləri yüksələn xətlə inkişaf edir, Milli Məclisdəki Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu səmərəli fəaliyyət göstərir. I vitse-spiker ölkəmizdə yaşayan yəhudilərin Azərbaycan xalqının ayrılmaz hissəsi olduğunu vurğulayıb: “Ümumiyyətlə, ölkəmizdə antisemitizmin yoxdur, müxtəlif xalqların nümayəndələri burada tolerantlıq şəraitində yaşayır”.

 

Z.Əsgərov İsrailin Akko şəhərində Azərbaycanın Dağlıq Qarabağ problemilə, eləcə də “Xocalıya ədalət!” kampaniyası ilə əlaqədar keçirilən tədbirlərdən xəbərdar olduğumuzu bildirib. Görüşdə Akko şəhərinin meri Şimon Lankri məlumat verdi ki, 25 ildir Azərbaycan kökənli insanlarla işləyir: “Burada o qədər yaxşı şəraitdə yaşayıblar ki, həmin şəxslərin qəlbi Azərbaycanda qalıb və onlar bu ölkə üçün çox darıxırlar”. Səfər zamanı Bakıda keçirdiyi görüşlər barədə təəssüratlarını bölüşən mer qeyd etdi ki, Azərbaycan onun üçün böyük sürpriz olub: “Bakı olduqca gözəl şəhərdir. Yəhudilər burada yaxşı yaşayırlar”.

 

12 ildən bəri Akkonun meri olduğunu deyən qonaq Azərbaycanla bağlı keçirdikləri tədbirlərdən danışıb, Heydər Əliyev adına Mədəniyyət Evi inşa etdiklərini bildirib.

 

Sonra görüşdə Milli Məclisin deputatı, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yevda Abramov vətəni Azərbaycanda yəhudilərə yaradılan şəraitdən danışıb.

 

Söhbət zamanı Dağlıq Qarabağ probleminə toxunulub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370431

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR