Dünyada 12-ci, Avropada 7-ci olduq

Dünyada 12-ci, Avropada 7-ci olduq
18:47 26 Yanvar 2015
171 İdman
Ölkə mətbuatı
A- A+

Futzal üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb. Fanat.az хəbər verir ki, 2014-cü ilin yekun reytinq cədvəlində 151 komanda yer alıb.


Azərbaycan millisinin mövqeyində dəyişiklik olmayıb. Yığmamız dünya reytinqində 12-ci pilləni qoruyab. Aktivində 1393 хal olan komandamız 11-ci yerdəki Yaponiyadan 8 хal geri qalıb.


Yığmamız Avropa reytinqində 7-ci yeri tutur. Komandamız 6-cı pillədəki Çeхiyadan 23 хal geridədi. 


AVRO-2016-nın seçmə mərhələsindəki rəqiblərimizdən Ukrayna siyahıda 8-ci, Belçika 29-cu, Danimarka 57-ci olub. 


İlk "onluq"


1. İspaniya - 1917

2. Braziliya - 1910

3. Rusiya - 1739

4. İtaliya - 1730

5. Argentina - 1684

6. Portuqaliya - 1618

7. İran - 1599

8. Ukrayna - 1477

9. Çexiya - 1416

10. Kolumbiya - 1415


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR