Həmyerlimizin qatillərinə cəza (VİDEO)

Həmyerlimizin qatillərinə cəza (VİDEO)
22:56 26 Dekabr 2014
110 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın polis sistemində qalmaqala səbəb olan azərbaycanlı tələbə Seymur Ağayevin vəhşicəsinə öldürülməsindən iki il sonra cinayətkarlar bu gün nəhayət ki, cəzalarını aldılar. Ancaq verilən cəzaların çox yumşaq olması diqqət çəkib.

ANS TV-nin Moskva bürosunun məlumatına görə, azərbaycanlı gənc 22 yaşlı Seymur Ağayevi 77 bıçaq zərbəsi ilə qətlə yetirən Rusiya polis əməkdaşlarının iki aydır davam edən məhkəmə prosesində bu gün son qərar açıqlandı. Seymur Ağayevin qətlində şübhəli bilinərək saxlanan polis əməkdaşlarından 4-nə 13 ildən 17 ilə qədər həbs cəzası verildi. Bir polis əməkdaşı isə inzibati cəza ilə azadlığa buraxıldı. Ömürlük həbs cəzaları alacaqları gözlənilən cinayətkarlarla bağlı məhkəməninin verdiyi qərarı isə nə müstəntiqləri, nə də zərərçəkən tərəfin vəkillərini qane etmədi.

Müstəntiq Andrey Danilovun sözlərinə görə, müttəhimlərdən birinin məhkəmə salonunda azaldığa buraxılması çox yumşaq qərar oldu: “Çünki həmin müttəhim maşının qarətində iştirak etmişdi. Ancaq hakim onun qətldə birbaşa günahı olmadığına qərar verdi”.

Seymurun atası polislər tərəfindən amansızlıqla qətlə yetirilən oğlunun qatilləri ilə bağlı Moskva bölgə məhkəməsinin çıxardığı qərardan apelliyasiya şikayəti verməyə hazırlaşır.

“Qərar çox yumşaq oldu. Mən belə gözləmirdim. Onların hər birinə ən az 18 il iş veriləcəyini gözləyirdim. Ancaq bu gun alınan qərardan çox narazıyam. Ona görə də işə yenidən baxılması üçün ərizə yazdım” – deyə öldürülən tələbənin atası Ağahüseyin Ağayev bildirib.

İki il əvvəl qətlə yetirilən Seymur Ağayev əslən Şabran şəhərindəndir. O, Moskvada təhsil almaqla yanaşı həm də şirkətlərdən birində menecer kimi fəaliyyət göstərirmiş. Oğlunun itkin düşməsi barədə xəbər alan ata dərhal Moskvaya yola düşüb və Seymuru düz 55 gün axtarıb.

Cinayətin üstü açılanda məlum olub ki, 4 polis əməkdaşının da daxil olduğu dəstə Seymura hücum edib, onu 77 bıçaq zərbəsi ilə öldürərək meşəyə atıb və Seymurun bahalı avtomobilini oğurlayıblar. Cinayət törədən şəxslər isə Seymur Ağayevin maşınını satmaq istəyərkən yaxalanıb.

Qatillərdən birinin Moskvanın şimal-qərb dairəsi üzrə polis idarəsinin rəisi Sergey Skubakın yaxın qohumu olması ehtimalı həmin vaxt qalmaqalın daha da böyüməsinə səbəb olmuşdu.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR