Bakı, 26 yanvar, AzərTAc
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 26-da “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncam imzalayıb.
AzərTAc xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna 2014-cü il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2015-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasının təmin edilməsi və fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsinin həyata keçirilməsi tapşırılıb.