Bakcell-in sponsorluğu ilə "Nə? Harada? Nə zaman?" oyunu üzrə universiada keçirildi (FOTO)

Bakcell-in sponsorluğu ilə "Nə? Harada? Nə zaman?" oyunu üzrə universiada keçirildi (FOTO)
19:03 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 yanvar /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkətinin dəstəyi, Gənclər və İdman Nazirliyi və Xəzər İntellektual Gənclər Klubu təşkilatçılığı ilə ƏlfəCIN layihəsi çərçivəsində "Nə? Harada? Nə zaman?" oyunu üzrə universiada təşkil olunub.

ƏlfəCIN layihəsinin əsas məqsədləri intellektual oyunlar hərəkatını genişləndirmək, gənclərin asudə vaxtının səmərəli təşkilinə nail olmaq, onların intellektual potensialını üzə çıxarmaq, təhsildə yeni uğurlarına yol açmaqdır.

ƏlfəCIN layihəsində iştirak hamı üçün sərbəstdir. Layihə çərçivəsində yeniyetmə və gənclərin iştirakı ilə “Nə? Harada? Nə zaman?”, Breyn Rinq, Xəmsə və Fərdi Oyun üzrə yarışlar təşkil olunur.

Yanvarın 25-də Bakıda keçirilən Univesiadanın qalibi Bakı Dövlət Universitetinin “BDU” komandası olub. İkinci yerə Azərbaycan Dövlət İqtisad Universitetinin “ADİU” komandası ikinci, Dövlət İdarəçilik Akademiyasının “BuenDİA” komandası isə üçüncü yeri qazanıb. Qaliblər kubok, medal və "Bakcell" tərəfindən təqdim olunan hədiyyələrlə mükafatlandırılıblar.

"Nə? Harada? Nə zaman?" üzrə universiadanın seçim turları Bakıda və respublikanın bir çox rayonlarında keçirilib. 16 bölgədən finala vəsiqə qazanmış 66 komanda öz intellektual bacarıqlarını nümayiş etdirmək imkan əldə edib. 500-ə yaxın gəncin iştirakı ilə baş tutan finalda ölkənin ən güclü tələbə komandaları iştirak edib.

60 sualdan ibarət olan oyun marafonunun suallar paketinin redaktoru Oktay Məhərrəmov olub. Tələbələrin dünya görüşü və bilik səviyyəsinin yoxlanılmasına yönəlmiş suallar gənclərin Azərbaycan və dünya haqqında bildiklərini imtahana çəkib. Universitetlərdəki qış imtahan sessiyasından sonraya təsadüf edən intellektual yarışma tələbələr üçün əsl sınaq olub.

Qalib komandalara "Bakcell" tərəfindən hədiyyələr təqdim olunub. Birinci yerin qalibi olan BDU komandasının bütün üzvləri "Bakcell" şirkətinin “Smart Start” təcrübə proqramında iştirak üçün vəsiqə qazanıblar. Beləliklə, qaliblər “Smart Start” təcrübə proqramına müraciət edərkən avtomatik olaraq müsahibəyə dəvət olunmaq hüququna malik olub.

Bu təcrübə proqramı gənclərə "Bakcell" şirkətində 2 ay ərzində təcrübə keçmək və təqaüd ilə təmin olunmaq imkanı verir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR