Baş kəsən ərlə bağlı açıqlama

Baş kəsən ərlə bağlı açıqlama
19:11 26 Yanvar 2015
220 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda kişinin arvadının başını kəsməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) və şəhər prokurorluğundan ANS PRESS-ə verilən birgə məlumatda qeyd olunur ki, yanvarın 26-da saat 12 radələrində paytaxtın Nərimanov rayon sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlham Elləz oğlunun qısqanclıq zəminində yaşadığı evdə arvadı, 1979-cu il təvəllüdlü Süleymanova Məhəbbət Nəriman qızının boğaz və bədəninin digər nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İ.Süleymanov daha sonra rayon hüquq-mühafizə orqanlarına könüllü gələrək təslim olub və şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, qətl hadisəsi törədən şəxs Bakı Metropolitenində elektrik-mexanik işləyib.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR