AMEA-da doktorantların dissertasiya mövzuları təsdiqlənib

19:23 26 Yanvar 2015
216 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yer, Aqrar, Biologiya və Tibb Elmləri, Naxçıvan, Gəncə bölmələri üzrə doktorantların dissertasiya mövzuları təsdiqlənib.
Akademiyadan AzərTAc-a bildiriblər ki, AMEA-nın rəyasət heyətinin növbəti iclasında bu bölmələrin elmi müəssisələrində fəlsəfə doktoru hazırlığı üzrə doktorantların əyani (3 il) və qiyabi (4 il) təhsili üzrə qəbulu və onların dissertasiya mövzularının təsdiqi məsələsi müzakirə olunub.
AMEA-nın elmi müəssisə və təşkilatlarına fəlsəfə doktoru hazırlığı üzrə 2014-cü il üçün 121 yer (o cümlədən 74 əyani, 47 qiyabi) müəyyən olunub. AMEA-nın Yer Elmləri Bölməsinin elmi müəssisə və təşkilatlarına 8, Aqrar Elmlər Bölməsinə 6, Biologiya və Tibb Elmləri Bölməsinə 11, Naxçıvan Bölməsinə 2, Gəncə Bölməsinə 2 yer ayrılıb.
Tədbirdə doktorantların dissertasiya mövzuları müzakirə edilib. Mövzular ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.
İclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə dissertasiya mövzularının müasir dövrün tələblərinə uyğun seçilməsinin zəruriliyini, cəmiyyət üçün mühüm aktuallıq daşıyan mövzuların seçilməsinin vacibliyini vurğulayıb.
Akademik elmi işlərin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün doktorantların dünyanın nüfuzlu elmi mərkəz və laboratoriyalarında təcrübə keçməsinin əhəmiyyətindən söhbət açıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AMEA_da_doktorantlarin_dissertasiya_movzulari_tesdiqlenib-827634

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR