Azərbaycanın səbri tükənir

Azərbaycanın səbri tükənir
19:26 26 Yanvar 2015
152 Ölkə
Ölkə mətbuatı
A- A+

"Dəfələrlə iki ölkə arasındakı atəşkəsi pozan Ermənistan, xarici güclərdən dəstəyini alaraq bölgənin ərköyün uşağı olaraq qonşularına hücum edir".

ANS PRESS-in məlumatına görə, bunu Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin idarə heyətinin sədri Göksel Gülbey deyib.

O bildirib ki, Ermənistan cəbhə xəttindəki qarşıdurmayla Azərbaycanı yeni bir döyüşün içinə çəkməyə çalışır:

"Ermənistan dəfələrlə atəşkəsi pozub. Beynəlxalq ictimaiyyət isə bu vəziyyət qarşısında səssiz qalıb. Azərbaycan əsgərlərinin şəhid edilməsi də bunun ən böyük göstəricilərindən biridir. Ermənistan davamlı atəşkəsi pozsa da, amma hələ də beynəlxalq ictimaiyyət qarşısında özünü məzlum ölkə rolunda göstərir. Ermənistan Avropa və digər ölkələrin dəstəyi ilə qonşularına hücum edir. Bu vəziyyət daha çox davam edə bilməz. Azərbaycanın səbri bir yerə qədərdir. Ancaq Azərbaycan sülhdən yanadır".

Göksel Gülbey qeyd edib ki, atəşkəsi yalnız Ermənistan tərəfindən pozur: "Bu vəziyyət beynəlxalq ictimaiyyətin gündəmində olmalıdır. Lakin bizim etdiyimiz bu xəbərdarlıqla bir şey əldə edə bilmirik. Bütün bu hücumlarına baxmayaraq Ermənistana heç bir sanksiya tətbiq olunmayıb. Təcili olaraq bu hücumu reallaşdıran Ermənistan səlahiyyətliləri Beynəlxalq İnsan Hüquqları Məhkəməsinə çıxarılmalıdır. Azərbaycan daha çox səbr edə bilməz".

Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR