AMEA-nın Aşqarlar Kimyası İnstitutuna yeni cihaz və avadanlıq alınıb

AMEA-nın Aşqarlar Kimyası İnstitutuna yeni cihaz və avadanlıq alınıb
19:33 26 Yanvar 2015
152 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc 
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Aşqarlar Kimyası İnstitutunun aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları laboratoriyasına yeni cihaz və avadanlıq alınıb.
Akademiyadan AzərTAc-a bildiriblər ki, yeni avadanlıq Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elmi-tədqiqat proqramlarının, layihələrinin və digər tədbirlərin maliyyələşdirilməsi məqsədilə qrantların verilməsi üzrə 2013-cü il üçün gənc alim və mütəxəssislərin ikinci qrant müsabiqəsinin qalibi olmuş “Sürtgü materiallarının istismar keyfiyyətini artıran müxtəlif funksional təsirli yeni aşqarların alınması” layihəsi çərçivəsində alınıb.
Layihə rəhbəri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayevin sözlərinə görə, yeni cihazlar doktorant və dissertantlar tərəfindən aparılan elmi-tədqiqat işlərinin səmərəliyinin artırılmasına təkan verəcək. Doktorantların üzləşdiyi əsas problemlərdən biri də reaktivlərlə bağlıdır. Layihədə müəyyən reaktivlərin alınması nəzərdə tutulub. Yaxın vaxtlarda həmin reaktivlər də alınıb təhvil veriləcəkdir.
Qeyd edək ki, bir il ərzində reallaşdırılması nəzərdə tutulan layihə apreldə başa çatacaqdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AMEA_nin_Asqarlar_Kimyasi_Institutuna_yeni_cihaz_ve_avadanliq_alinib-827644

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR