SİRİZA-nın lideri Yunanıstanın yeni baş naziri qismində and içib

SİRİZA-nın lideri Yunanıstanın yeni baş naziri qismində and içib
19:33 26 Yanvar 2015
136 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
Növbədənkənar parlament seçkilərində qələbə qazanan Radikal sol qüvvələrin koalisiyası – SİRİZA-nın lideri Aleksis Tsipras Yunanıstanın yeni baş naziri qismində and içib.
AzərTAc xarici KİV-ə istinadla xəbər verir ki, andiçmə mərasimi prezident sarayında dövlət başçısı Karolos Papulyasın iştirakı ilə keçirilib.
Yunanıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, seçki bülletenlərinin hamısı sayıldıqdan sonra 36,34 faiz səs toplayan SİRİZA növbədənkənar parlament seçkilərində qələbəsini təmin edib. Solçular parlamentdəki 300 yerin 149-na sahib olublar. İkinci yeri 27,81 faiz səslə (76 yer) keçmiş Baş nazir Antonis Samarasın başçılıq etdiyi sağ mərkəzçi “Yeni demokratiya” partiyası tutub.
SİRİZA və parlamentdə 13 yer qazanmış “Azad yunanlar” (ANEL) partiyasının liderləri arasında koalisyon hökumətin yaradılması barədə prinsipial razılaşma əldə edildiyi bildirilir.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR