İŞİD: "Dünayaya hökm edəcəyik" (FOTO)

İŞİD: "Dünayaya hökm edəcəyik" (FOTO)
19:36 26 Yanvar 2015
133 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror təşkilatının havadarları Malayziya Havayollarına kiber hücum edib.

ANS PRESS-in məlumatına görə, fəlakət havayolları olaraq da tanınan Malayziya Havayollarının internet saytı dağıdılıb. Sayt bir qrup haker tərəfindən 7 saatlıq bağlanıb.

Saytın dağıdıldığı ilk saatlarda "404 page not found" (səhifə tapılmadı) yazılıb. İrəliləyən saatlarda isə saytın "browser tab" hissəsində "İŞİD hökm edəcək" ifadəsi yer alıb.

Malayziya Havayollarından bildirilib ki, xaker hücumu istifadəçilərin məlumatlarına zərər vurmayıb.

Xaker hücumunu boynuna götürən "Lizard Squad Group" adlı xaker dəstəsi ötən il də "Sony Playstation"ın serverini dağıtmışdı.





Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321963

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR