İstintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb

19:42 26 Yanvar 2015
65 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 19:39 ]


Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb.

 

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, orada saxlanılan, Cinayət Məcəlləsinin 180.1 maddəsinə əsasən həbs edilmiş şəxs Həsənbala Sərdar oğlu Tahirovun yanına qısamüddətli görüşə gəlmiş dostu Cavad Raqib oğlu Cavad-zadənin üzərinə və gətirdiyi sovqata baxış keçirilib.

 

Bu zaman sovqatda olan “Arko men" üzqırxan gelin içərisində xüsusi üsulla gizlədilmiş, daxilində “Cin” danışıq kartı olan 1 ədəd “Samsung” markalı mobil telefon aparatı, 1 ədəd “Nar” danışıq kartı və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.


Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370439

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR