OPEC: Neft 200 dollar olacaq

OPEC: Neft 200 dollar olacaq
19:56 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Neftin qiyməti yaxın vaxtlarda yüksəlməyə başlayacaq.

ANS PRESS-in məlumatına görə, bu barədə OPEC-in baş katibi Abdulla əl-Bədri açıqlama verib.

Onun sözlərinə görə, neft sahəsində yatırılan investisiyaların azaldılması neftin bir barrelinin 200 dollara satılmasına səbəb olacaq.

"Hazırda neftin bir barreli təxminən 45-55 dollaradır. Hesab edirəm ki, bu ən aşağı həddir və tezliklə biz kəskin qiymət artımını müşahidə edəcəyik", - deyə baş katib bildirib.

Qeyd edək ki, yanvarın 26-da Londonun ICE birjasında Brent markalı neftin bir barrelinin qiyməti 48,53 dollar təşkil edib.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR