Muxtar respublikada gənclər idmana böyük maraq göstərirlər

20:13 26 Yanvar 2015
111 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 26 yanvar, Rauf Əliyev, AzərTAc
İlk dəfə Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının tanıtım kampaniyası artıq Azərbaycanın bütün bölgələrini əhatə edib. Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında da “Bakı – 2015” ilk Avropa Oyunları barədə ümumi məlumatları gənclərimizə çatdırırıq. Biz muxtar respublikada gənclərin idmana və idman oyunlarına böyük maraq göstərdiklərinin bir daha şahidi olduq.
Bu sözləri “Bakı – 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov AzərTAc-a eksklüziv müsahibəsində deyib.
Elçin Səfərov birinci Avropa Oyunlarının tanıtım kampaniyasının təşkili ilə bağlı muxtar respublikada aparılan işlər barədə də danışaraq qeyd edib ki, beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilən Naxçıvanda bu tədbir ilə əlaqədar lazımi təşkilati işlər görülüb.
“Məqsədimiz ölkəmizin tarixində ilk dəfə baş verən bu əhəmiyyətli hadisəni yaddaşlara həkk etmək və bütün dünyanın diqqətini Azərbaycana cəlb etməkdir. Artıq 39 rayonda belə tanıtım kampaniyası keçirilib. Bu həftə ərzində isə Naxçıvan şəhərində və muxtar respublikanın bütün rayonlarında analoji tədbirlər keçiriləcəkdir”, - deyən E. Səfərov qeyd edib ki, birinci Avropa Oyunları ilə bağlı aparılan tanıtım kampaniyası nəticəsində insanlar daha geniş məlumatlar əldə etmək imkanı qazanırlar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR