Beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova Azərbaycan çempionu olub

Beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova Azərbaycan çempionu olub
20:23 26 Yanvar 2015
345 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc 
Qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatı başa çatıb. Beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova 9 oyundan 7 xal toplayaraq Azərbaycan çempionu olub.
AzərTAc xəbər verir ki, 20 zəka sahibinin qələbə uğrunda mübarizə apardıqları yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olaraq keçirilib.
Yarışın 8-ci turunda Türkan Həsənovaya məğlub olan Nərmin Kazımova sonuncu turda da Səbinə İbrahimova ilə heç-heçə edərək çempionluq şansını itirib. Nərmin Kazımova, Nərmin Məmmədova və Türkan Həsənova 6 xal toplayaraq 2-4-cü yerləri bölüşdürüblər. N.Kazımova əlavə göstəricilərə görə ikinci, N.Məmmədova isə üçüncü olublar. Ülviyyə Fətəliyeva, Səbinə İbrahimova, Xəyalə Abdullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova hərəyə 5,5 xal toplayaraq ilk onluqda yer alıblar.
Çempionatın əsasnaməsinə görə 1-3-cü yerləri tutan şahmatçılar Gəclər və İdman Nazirliyinin diplomları və Azərbaycan Şahmat Federasiyasının medalları ilə təltif olunub. İlk üç yerin qalibləri, həmçinin 2015-ci il şəxsi Avropa çempionatına vəsiqə qazanıblar.
Turnirin ümumi mükafat fondu 2500 manat olub.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR