Uilyam Lui-Mari: Naxçıvan Muxtar Respublikasında mükəmməl idman infrastrukturu yaradılıb

20:28 26 Yanvar 2015
114 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 26 yanvar, Rauf Əliyev, AzərTAc
Naxçıvan Muxtar Respublikasında mükəmməl idman infrastrukturu yaradılıb. Buradakı idman obyektləri beynəlxalq standartlar səviyyəsində inşa olunub. İnanıram ki, bu infrastruktur uzun müddət muxtar respublikada idmanın inkişafına töhfə verəcəkdir.
“Bakı – 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin kommunikasiya şöbəsinin direktoru Uilyam Lui-Mari AzərTAc-a eksklüziv müsahibəsində belə deyib.
Uilyam Lui-Mari ölkəmizdə keçiriləcək birinci Avropa Oyunları barədə də danışaraq bildirib ki, məqsədimiz Azərbaycanda baş tutacaq həmin mötəbər yarışı tarixi ana çevirmək və idmançıların karyeralarında müsbət mənada silinməz iz buraxmaqdır. Bu məqsədə çatmaq üçün yaradılan şəraitə görə Azərbaycan rəhbərliyinə minnətdarlığımızı bildiririk.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Uilyam_Lui_Mari_Naxchivan_Muxtar_Respublikasinda_mukemmel_idman_infrastrukturu_yaradilib-827663

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR