Serjə 24 saat vaxt verildi (FOTO)

Serjə 24 saat vaxt verildi (FOTO)
20:41 26 Yanvar 2015
231 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan hakimiyyəti Gümrüdə baş verən faciədən sonra əhalinin baş qaldıran narazılığına son qoymamış, yeni etiraz dalğası ilə üz-üzə qalıb.

ANS PRESS-in məlumatına görə, ticarətçilərin hökumətin binasında 4 satdan çox davam edən etiraz aksiyası zamanı baş nazir Ovik Abraamyan etirazçıların qarşısına çıxmayıb.

Onlar sabah Hökumət binaları qarşısında yenidən toplaşmağa qərar veriblər. Bu dəfə onlara həmçinin regionlardan kiçik və orta biznes nümayəndələri də qoşulacaq. Nümayişçilər bildiriblər ki, sabah Sarkisyan hökuməti üzə çıxıb açıqlama verməlidir. Əks halda etirazlar daha da genişlənəcək.

Qeyd edək ki, ticarətçilər ölkədə ticarətçilərə qarşı davam edən represiyalar son qoyulmasını, insanların həyat səviyyəsinin yüksəldilməsi üçün əlavə tədbirlərin görülməsini tələb edirlər.



Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=322022

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR