Azərbaycanın Norveçdəki diaspor təşkilatlarının fəalları ilə görüş keçirilib 

Azərbaycanın Norveçdəki diaspor təşkilatlarının fəalları ilə görüş keçirilib 
20:48 26 Yanvar 2015
164 Ölkə
Ölkə mətbuatı
A- A+


Oslo, 26 yanvar, AzərTAc
Azərbaycanın Norveçdəki səfiri Adış Məmmədov bu ölkədəki diaspor təşkilatlarımızın fəalları ilə görüşüb.
Görüşdə Norveç Azərbaycanlı Gənclər Təşkilatı və “Xəzər Yanar” təşkilatının rəhbərləri və fəalları, habelə Norveçin ayrı-ayrı şəhərlərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Norveç Azərbaycanlı Gənclər Təşkilatının sədri Ramil Əliyev səfir Adış Məmmədova bu ölkədə fəaliyyət göstərən Azərbaycan diasporu barədə məlumat verib.
Səfir görüşdə Azərbaycanın siyasi, iqtisadi və digər sahələrdəki uğurlarından söz açıb. O, Azərbaycan-Norveç münasibətlərinin perspektivlərindən danışaraq, bu əlaqələrin inkişafının önəmini qeyd edib.
Xaricdə yaşayan həmvətənlərimiz barədə danışan Adış Məmmədov diasporumuzun Azərbaycan hökumətinin, xüsusilə də Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu söyləyib. Norveçə səfəri çərçivəsində burada yaşayan azərbaycanlılarla görüşüb onların problemləri ilə maraqlandığını vurğulayan diplomat bu ölkədə azərbaycanlı gənclərin diaspor fəaliyyətinin artırılmasının vacibliyini qeyd edib. O, gənclərin Norveçin dövlət strukturları ilə sıx əməkdaşlıq etməsinin və fəal şəkildə ölkədaxili siyasətə qatılmasınının zəruriliyini vurğulayıb.
Rauf Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Oslo



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_Norvechdeki_diaspor_teskilatlarinin_feallari_ile_gorus_kechirilib_-827665

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR