Elmar Məmmədyarov Slovakiya parlamentinin spikerinin müavini ilə görüşüb

20:52 26 Yanvar 2015
66 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 20:45 ]

Bakı – APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Slovakiya Respublikasına rəsmi səfəri çərçivəsində Slovakiya parlamentinin spikerinin müavini Yan Figel ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Yan Figel iki ölkənin siyasi əlaqələrinin ruhuna uyğun olaraq, iqtisadi-ticarət əlaqələrinin də inkişaf etdirilməsi arzusunda olduğunu diqqətə çatdırıb. O, bu qəbildən olan rəsmi səfərlərin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verdiyini qeyd edib.

 

Elmar Məmmədyarov Azərbaycan tərəfindən digər ölkələr ilə əməkdaşlığında parlamentlərarası əlaqələrə mühüm əhəmiyyət verdiyini deyərək, iki ölkənin parlamentləri arasında təmasların artırılmasının vacibliyini diqqətə çəkib. Nazir Azərbaycanın son illər ərazində əldə etdiyi siyasi-iqtisadi inkişafı, enerji siyasəti və zəngin multikulturalizm ənənələri haqqında məlumat verib.

 

Görüşdə qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370447

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR