Rusiyada pulsuz təhsil

Rusiyada pulsuz təhsil
20:56 26 Yanvar 2015
627 Sosial
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyasının ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd qəbulu başlanıb.

ANS PRESS-in məlumatına görə, “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyi Rusiya Federasiyasının büdcəsi hesabına 2015/2016-cı tədris ilində bu ölkənin ali təhsil müəssisələrində təhsil almaq üçün sənədlərin qəbuluna başladığını elan edib.

Sənədlərin qəbulu və abituriyentlərlə müsahibə yanvarın 26-dan fevralın 20-dək adi iş günlərində (bazar ertəsindən cümə gününədək) saat 11:00-13:00 və 15:00-17:00 arasında Bakı şəhəri, Xocalı prospekti 20 (1178-ci kvartal) ünvanında yerləşən Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (metronun “Xətai” stansiyası) aparılacaq.

Qəbul şərtləri barədə ətraflı məlumatı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin http://aze.rs.gov.ru saytından öyrənmək olar.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR