Yunanıstanın yeni Baş naziri Bibliyaya and içməkdən imtina etdi

Yunanıstanın yeni Baş naziri Bibliyaya and içməkdən imtina etdi
20:58 26 Yanvar 2015
82 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir Məftun Salmanov/

Yunanıstanda Radikal Solçu Qüvvələr Koalisiyasının (SİRİZA) lideri Aleksis Sipras Baş nazir qismində andiçmə mərasimində Bibliyaya and içməkdən imtina edib.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, bunun əvəzinə o, vətəndaş andı içib.

Yeni Baş nazir deyib: "Cənab Prezident, sizi əmin edirəm ki, Yunanıstan xalqının maraqlarına uyğun olaraq həmişə konstitusiyaya və qanunlara əməl edəcəyəm".

Qeyd edək ki, ötən gün Yunanıstanda keçirilmiş parlament seçkilərində Radikal Solçu Qüvvələr Koalisiyası parlamentdə 149 yer əldə edib. Hökuməti təkbaşına formalaşdırmaq üçün SİRİZA-nın iki mandatı çatmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2357371.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR