Obama üçün ölüm təhlükəsi

Obama üçün ölüm təhlükəsi
21:01 26 Yanvar 2015
122 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün ABŞ prezidentinin iqamətgahı Ağ Evdə həyəcan yaşanıb.

ANS PRESS-in məlumatına görə, səhər saatlarında Ağ Ev üzərində uçan robot helikopter ABŞ kəşfiyyatı tərəfindən vurulub.

ABŞ kəşfiyyatı Ağ Ev üzərində uçurulan robot helikopterin sarayın cənub-şərqində yerləşən bağçaya düşdüyünü açıqlayıb.

Açıqlamada deyilir ki, hadisə sonrası Ağ Evin təhlükəsizlik səbəbiylə bir müddət ziyarətləri məhdudlaşdırılıb.

ABŞ prezidenti Barak Obamanın təhlükəsizliyindən məsul gizli xidmət robot helikopteri uçuran şübhəlilərin və bu uçuşun səbəbini ortaya çıxarmaq üçün istintaqa başlayıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=322031

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR