OPEC: Neft 200 dollar olacaq

OPEC: Neft 200 dollar olacaq
21:04 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Neftin qiyməti yaxın vaxtlarda yüksəlməyə başlayacaq.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, bu barədə OPEC-in baş katibi Abdulla əl-Bədri açıqlama verib.

 

Onun sözlərinə görə, neft sahəsinə yatırılan investisiyaların azaldılması neftin bir barrelinin 200 dollara satılmasına səbəb olacaq.

 

"Hazırda neftin bir barreli təxminən 45-55 dollaradır. Hesab edirəm ki, bu ən aşağı həddir və tezliklə biz kəskin qiymət artımını müşahidə edəcəyik", - deyə baş katib bildirib.

 

Qeyd edək ki, yanvarın 26-da Londonun ICE birjasında Brent markalı neftin bir barrelinin qiyməti 48,53 dollar təşkil edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191541

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR