Azərbaycandan ermənilərin komik təklifinə cavab

Azərbaycandan ermənilərin komik təklifinə cavab
23:51 26 Dekabr 2014
143 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin bölmə müdiri Fuad Axundov Ermənistan parlamentinin deputatı Zarui Postancyanın Ağrıdağı (Araratı) “Ermənilərin qeyri-maddi mədəni irsinə” daxil etmək məqsədilə UNESCO-ya müraciət etmək kimi komik təklifini şərh edib.

F.Axundov deyib: “Biz natəmiz siyasətçilərin və alimlərin əlində olan erməni ictimaiyyətinə işləyirik. Bununla əlaqədar olaraq bu yaxınlarda biz müxtəlif KİV-lərdə “Erməni ictimaiyyətinə informasiya dəstəyi” adlı informasiya blokları layihəsini təqdim etmişik. Layihə çərçivəsində ermənilərin tarixi və onun saxtalaşdırılması barədə xarici alimlərin, o cümlədən erməni millətindən olan alimlərin yazdıqlarını erməni ictimaiyyətinə çatdırırıq”.

Bölmə müdiri yazıb: “Narahatlığımıza əsas vardır: nadir elmi texnologiyadan – erməni tarixinin bir növ “yalan detektorundan” ibarət olan növbəti layihəmizin Bakıdakı təqdimatından dərhal sonra Ermənistan parlamentinin deputatı Zarui Postancyanın yaydığı dünənki bəyanat bunu təsdiq edir. Elmi metodikamız sayəsində azərbaycanlıların və regionun digər xalqlarının mədəni irsi nümunələrinə qarşı ermənilərin iddialarının qarşısını çox tez və birmənalı şəkildə almaq mümkündür”.

Dekabrın 25-də “AZER-GLOBE” İctimai-Siyasi Tədqiqatlar İnstitutu yanında Qafqaz Tarixi Mərkəzi erməni saxtakarlıqlarının və qonşu xalqların mədəniyyətinin mənimsənilməsinin əsassızlığını ifşa edən nadir vasitələr layihəsini təqdim edib.

Həmin gün, dekabrın 25-də Ermənistan KİV-lərinin yaydığı xəbər yəqin ki, hətta sadə ermənilərin özünü də güldürüb. Ermənistan parlamentinin deputatı Zarui Postancyan Ağrıdağı (Araratı) “Ermənilərin qeyri-maddi mədəni irsinə” daxil etmək məqsədilə UNESCO-ya rəsmi müraciət təklifini irəli sürüb. Görünür, lavaşla bağlı mətbəx təbliğatının boşa çıxması qəsbkar erməni xəyalpərəstlərinə dərs olmayıb. Bu təşəbbüsün Yerevanda kimə məxsus olduğu məlum deyil, amma məhz Zarui Postancyana bu cür müraciətlərin verilməsi qaydası ilə bağlı savadsızlığı ləğvetmə kursu keçmək lazımdır.

UNESCO-nun konvensiyasında qeyri-maddi mədəni irs dedikdə aşağıdakılar nəzərdə tutulur:

-ənənəvi sənətlərlə bağlı bilik və vərdişlər;

-təbiətə və kainata aid olan bilik və adətlər;

-şifahi ənənələr və ifadə formaları, o cümlədən qeyri-maddi mədəni irsin daşıyıcısı olan dil;

-ifaçılıq sənəti, o cümlədən aktyor oyunu, musiqi, nəğmə, rəqslər və s.;

-adətlər, ənənələr, bayramlar.

Türkiyədəki Ağrıdağı (Araratı) hüquqi cəhətdən qeyri-maddi mədəni irsin bu bəndlərindən hansında görmək olar? Z.Postancyan isə görüb və bu dağın ermənilərin mentalitetinə müstəsna təsiri barədə tezis söyləyib. Məlumatsız oxucu bunun erməni xalqının birbaşa Nuh peyğəmbərdən yaranması konsepsiyanın erməni ideoloqları tərəfindən əsaslandırılması mərhələlərindən biri olduğunu bilə bilməz, axı Bibliyada Nuhun gəmisi əfsanəsi bilavasitə dağla bağlıdır.

Lakin erməni ideoloqlarının sırf hüquqi savadsızlığından başqa, hər hansı bir təbii mənşəli obyektin xalqın “qeyri-maddi mədəni irsi” kimi göstərilməsi fikri absurddur. Azərbaycanın və ya Türkiyənin səma cismini – Ayı məhz bu ölkənin bayrağında aypara təsvir olunduğuna görə azərbaycanlıların qeyri-maddi mədəni irsi siyahısına daxil etmək müraciəti də analoji cəhd kimi görünərdi.

Bilavasitə Ağrıdağa (Ararata) gəldikdə isə o, mənzillərin alış-satışı məsələsində yerevanlıların həyatının iqtisadi tərəfinə müəyyən təsir göstərir. Erməni rieltor agentliklərinin saytlarında “Ararata açılan mənzərə” ifadəsinə rast gəlmək olar. Bu ifadə İrəvanda daşınmaz əmlakın qiymətinə çox müsbət təsir göstərir. Deməli, Ağrıdağ qətiyyən “ermənilərin qeyri-maddi mədəni irsi” ola bilməz, çünki Ermənistanda məhz mədəniyyətdən uzaq olan maddi dividendlər gətirir və onu daha çox “biznes rəmzi” hesab etmək olar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR