Tanınmış ulduz adasını satışa çıxardı (FOTO)

Tanınmış ulduz adasını satışa çıxardı (FOTO)
21:31 26 Yanvar 2015
194 İdman
Ölkə mətbuatı
A- A+

Qolf dünyasının ən tanınmış ulduzlarından biri olan Tayqer Vuds İsveçdəki adasını satışa çıxarıb.

ANS PRESS-in məlumatına görə, Stokholmdan bir neçə kilometr uzaqlıqdakı bu ada üçün Vuds 6 milyon avro istəyir.

ABŞ-dan olan idmançının həvəslə aldığı bu ada artıq onun üçün elə də əhəmiyyət kəsb etmir. Çünki Vuds bu ada və içindəki villaya 2010-ci ildə boşandığı keçmiş arvadı Elin Nordeqrenlə birlikdə gedirdi.

Həyat yoldaşından ayrılandan sonra idmançı İsveçdə belə bir adaya sahib olmasının vacib oldığını söyləyib. Bununla da Tayqer adanın satılmasına qərar verib.

14 hektarlıq yaşıl sahəsi, içindəki bir villası və qolf kortunun olduğu ada bənzərsiz mənzərəsi ilə diqqət çəkir. Vuds bu adanı 5 il əvvəl 2,2 milyon dollara satın almışdı.





Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR