Ateist baş nazir belə and içdi (FOTO)

Ateist baş nazir belə and içdi (FOTO)
21:31 26 Yanvar 2015
120 Dünya
Ölkə mətbuatı
A- A+

Yunanıstanın yeni baş naziri, Radikal Sol İttifaqın (SYRIZA) lideri Aleksis Tsiprasın and içmə mərasimi ilginc məqamla yadda qalıb.

ANS PRESS-in məlumatına görə, Yunanıstanın son 150 ildə ən gənc baş naziri olan Aleksis Tsipras baş yepiskop Leronimosun hüzurunda and içməyib. O, yalnız siyasi and içmə ilə kifayətlənib.
 
Dünya mətbuatının yaxından izlədiyi and içmə mərasimi Afinadakı Prezident Sarayında təşkil edilib. Qalstuk taxmayan Tsipras prezident Karalos Papulyasın salona gəlməsindən sonra alqışlanıb. Ateist olduğu bilinən Tsipras xristianların müqəddəs kitabı İncilə də əl basmayıb.

Prosedura görə, baş nazir baş yepiskopun qabağında İncilə əl basaraq and içməli idi.









Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR