Şəmkirdə ferma yanır

Şəmkirdə ferma yanır
21:32 26 Yanvar 2015
107 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, bu gün saat 20.30 radələrindən başlayaraq, Şəmkir rayonunun Aşağı Seyfəli kəndi ərazisində Faiq Ələkbərova məxsus fermada güclü yanğın başlayıb.

Alovun qarşısını almaq üçün hadisə yerinə Şəmkir rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb olunub. Hazırda yanğınsöndürənlər alovun ətraf ərazilərə yayılmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirirlər. Ferma sahibinin sözlərinə görə, ərazidə xeyli sayda ev quşları saxlanılırdı. Onların böyük əksəriyyəti ətradakıların köməyi ilə yanğından xilas olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/321090.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR